ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
![]()
ABŞ Rusiya və Türkiyənin İdlibdə demilitarizasiya zonasının yaradılmasına dair razılaşmasını o halda dəstəkləyəcək ki, bu, bölgədə humanitar fəlakətin qarşısının alınmasına kömək etsin.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu “İslam dövləti” qruplaşması (İŞİD) ilə mübarizə üzrə beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi, amerikalı polkovnik Şon Rayan deyib:
“Bunu müzakirə etmək üçün vaxtımız olmayıb. Lakin deyə bilərəm ki, bu razılaşmalar icra olunsa və humanitar fəlakətdən qaçmağa kömək etsə, onları dəstəkləyirik”.
Rubrika.Az
Facebook-da paylaş










