ABŞ: İrana Hörmüzü ələ keçirməyə izn verməyəcəyik
![]()
İrana heç vaxt imkan verməyəcəyik ki, Hörmüz boğazını bağlasın.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, bunu Nüvə İranına Qarşı İttifaq qeyri-kommersiya təşkilatının konfransında çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tehran bu məkan üçün hansısa eksklüziv haqq irəli sürə bilməz.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının davam edəcəyi halda Hörmüz boğazını bağlayacaqlarını bildirib.
Rubrika.Az
Facebook-da paylaş















