Bu il gömrükdə 1 tondan artıq narkotik maddə aşkar olunub

"2018-ci ilin 7 ayında gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 5369 hüquqpozma faktı aşkar edilib".
Rubrika.Az-ın Musavat.com-a istinadən məlumatına görə, bu fikri Dövlət Gömrük Komitəsinin, Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Fikrət Ələsgərli deyib.
Rəis müavini bildirib ki, 2018-ci ilin 7 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 137 fakt aşkar olunub.
Onun sözlərinə görə, bu faktlar üzrə ümumilikdə 1 ton 14 kq 133 qram narkotik vasitələr aşkar edilib.
Rubrika.Az
Facebook-da paylaş














