İndoneziyada güclü zəlzələ olub, sunami təhlükəsi var

İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Rubrika.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Avropa Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 18:02-də (Bakı vaxtı ilə 14:02) qeydə alınıb. Yeraltı təkanların episentri adanın Palu şəhərindən 80 kilometr şimalda yerləşib. Zəlzələ ocağının 10 kilometr dərinlikdə olduğu bildirilir.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.
Rubrika.Az
Facebook-da paylaş











