SAT imtahanı keçiriləcək - Dövlət İmtahan Mərkəzindən açıqlama
![]()
Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 6-da növbəti SAT imtahanı keçiriləcək.
Rubrika.Az DİM-ə istinadən bildirir ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.
Rubrika.Az
Facebook-da paylaş









