Qazaxıstandan Azərbaycana axın gözlənilir
![]()
İlbəil ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur.
Turizm.fins-a müsahibə verən Dövlət Miqrasiya Xidməti ictimai şurasının sədri Azər Allahverənov Qazaxıstanla Azərbaycan arasında olan iqtisadi əlaqələrin bu ölkədən gələcək turistlərin sayına müsbət təsir edəcəyini bildirib.
A.Allahverənov xüsusən də Novruz bayramında Qazaxıstandan ötən illərlə müqayisədə daha çox turistlərin gələ biləcəyini qeyd edib. Ekspertin fikrincə, buna səbəb tarixi mədəni əlaqələrin olması bundan başqa hər iki xalqın milliyətcə türk olması və ortaq adət ənənələrə malik olmasıdır:
“Qazaxıstan və Azərbaycanla miqrasiya prosesinin inkişaf etməsi də iki ölkə arasında turizm sahəsinin inkişaf etməsinə təsir edir. İndi Qazaxıstanda kifayət qədər azərbaycanlı ailə yaşayır. Həmçinin, Azərbaycanda da qazaxıstanlı ailələr var. İlk növbədə məhz bu insanların ölkəmizə gəlməsinə yol açılacaq”.
Mədəniyyət və Turizm Nazirliyindən Seyyah.az verilən məlumata görə, 2015-ci ildə Qazaxıstandan ölkəmizə gələn turistlərin sayı 27 145 nəfər, 2016-cı ildə isə 31 183 nəfər olub. MDB ölkələrindən 2015-ci ildə gələn turistlərin sayı 749 128 nəfər, 2016-cı ildə isə 813 591 nəfər olub. Statistikadan da bəlli olur ki, Qazaxıstandan ölkəmizə gələn turistlərin sayı ilbəil artır.
Rubrika.az
Facebook-da paylaş











