Bakıda iki avtobus toqquşdu: yaralılar var - FOTO
![]()
Paytaxtın Sabunçu rayonunda iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xeber verir ki, Oxu.Az-ın xüsusi müxbirinin məlumatına görə, qəza nəticəsində 163 və 217 nömrəli avtobuslar toqquşub.
Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib.
Ən azı beş nəfərin yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş













