Dövlət Gömrük Komitəsinin əməkdaşı "Təşəkkürnamə" ilə təltif edilib

Xəbər verdiyimiz kimi, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən musavat.com-a daxil olan məlumata görə, iclas çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev MDB üzv dövlətləri arasında gömrük işi sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının yaradılmasının 25 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
Rubrika.Az
Facebook-da paylaş













