Ermənistanda Yerevan-Bakı dəmir yolunun relsləri oğurlanıb
![]()
Ermənistanda Yerevan-Bakı dəmir yolunun Mehri-Qafan hissəsində relslərin sökülməsi ilə əlaqədar cinayət işi açılıb.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, relslər 2010-2011-ci illərdə oğurlanıb.
Dəmir yolunun 40 kilometrlik Mehri-Qafan hissəsi Ermənistan Nəqliyyat Nazirliyi ilə Cənubi Qafqaz Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyəti arasında 2008-ci ildə imzalanan sazişə əsasən sözügedən şirkətin mülkiyyətinə keçib.
Rubrika.Az
Facebook-da paylaş














