Avtobus dayanacağını anbar etdilər – Fotolar

Abşeron rayonu, Məhəmmədi qəsəbəsi üzrə işləyən 217 saylı marşrut avtobuslarının dayanacağı zəbt olunub.
Rubrika.Az Bizimyol.info-ya istinaden xəbər verir ki, dayancaq anbar kimi istifadə olunur.
Məhəmmədi qəsəbəsinin sakinin sözlərinə görə, yaxınlıqdakı məscid təmir olunur. Təmir işində istifadə olunan materiallar bu anbara qoyulur.
“Bələdiyyə binasından 30 metr məsafədə yerləşən dayanacağa qapı, pəncərə və ona dəmir barmaqlıq qoyub anbar kimi istifadə edirlər. Yay aylarında dayancaqsız da orada dayanmaq mümkündür. Amma yağışlı havada orada dayanıb avtobus gözləmək çətindir”,-deyə sakin bildirib.![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş













