Dağıstanda İŞİD-çilər məhv edildi - VİDEO
![]()
Dağıstanda xüsusi əməliyyat nəticəsində İŞİD (İslam Dövləti) terror qruplaşması ilə əlaqəli olan iki silahlı məhv edilib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, əməliyyat Xasavyurt rayonunun Endirey kəndində keçirilib.
Əməliyyat zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki xüsusi təyinatlısı və “Rosqvardiya”nın bir əməkdaşı yaralanıb.
Bildirilir ki, öldürülən İŞİD-çilər hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlarda, habelə bu il Komsomolsk kəndində iki polis əməkdaşının qətlində iştirak ediblər.
Rubrika.Az
Facebook-da paylaş












