Krımda partlayış: 13 ölü - YENİLƏNİB
![]()
Rusiya İstintaq Komitəsindən bildirilib ki, Kerçidəki kollecdə baş verən partlayış zamanı ölənlərin sayı 13-ə çatıb, 50-dən çox insan yaralanıb.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, ölən və yaralananların çoxu yeniyetmədir.
Krımda üç günlük matəm elan olunub.
15:07
Krımın Kerçensk politexnik kollecində baş verən partlayış nəticəsində 10 nəfər ölüb və 50 nəfər yaralanıb.
Məlumatlarda partlayışın kollecin yeməkxanasında baş verdiyi bildirilib.
Qeyd edilir ki, hadisə partladıcı qurğunun işə salınmasının nəticəsində baş verib.
Rubrika.Az
Facebook-da paylaş













