Paşinyan parlamenti sabotajda günahlandırdı
![]()
Ermənistan parlamentinin seçki məcəlləsinə dəyişiklikləri təsdiqləməkdən imtina etməsi sabotajdır.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlətini icra edən Nikol Paşinyan deyib.
O, parlament çoxluğunu və onların tərəfdarlarını sabotaj siyasətini davam etdirməkdə günahlandırıb.
“Lakin bu o demək deyil ki, parlament seçkiləri dekabrda keçirilməyəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistanda seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün 63 səs tələb olunurdu.
Rubrika.Az
Facebook-da paylaş














