Həyat yoldaşını öldürən Vüsalə hakim qarşısında - istintaqdan narazıdır

Xaçmazda həyat yoldaşını öldürən Vüsalə Mirzəyevanın məhkəməsi keçirilib.
Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlumata görə, 1988-ci il təvəllüdlü V.Mirzəyeva natamam orta təhsillidir. Daha əvvəl məhkumluq həyatı yaşamayıb.
Mirzəyeva ittihamla razı olmadığını, işin düzgün araşdırılmadığını deyib və məhkəməyə yazılı müraciət təqdim edib. Hakim məhkəmənin baxış iclasında işə baxılacağını bildirib.
Məhkəmə həmçinin V.Mirzəyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini də uzadıb.
Baxış iclası martın 7- nə təyin edilib.
Qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Vüsalə Mirzəyeva həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı Vüsalə mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M. Osmanov hadisə yerində ölüb.
V.Mirzəyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Rubrika.Az
Facebook-da paylaş










