Ermənistan parlamentində parçalanma...

Ermənistan parlamentindəki “Sarukyan” və “Çıxış” blokları gələn həftənin birinci günü parlamentin növbədənkənar iclasının keçirilməsi ilə bağlı imza toplayır.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, əsas məqsəd iclasda yeni Seçki Məcəlləsinin qəbul olunmasıdır.
Daşnaksütyun partiyası imzatoplama prosesində iştirakdan imtina edib. Sarukyan blokundan olan deputat Naira Zoqrabyan deyib ki, hətta Respublikaçılar partiyasının üzvü olan deputatlar da imza veriblər.
Hər iki blokun üzvləri Serj Sərkisyanın sədrlik etdiyi Respublikaçılar partiyasını iclası boykot etməməyə çağırıblar.
Rubrika.Az
Facebook-da paylaş









