Ermənistanın XİN rəsmisindən Azərbaycan açıqlaması...

Ermənistanın XİN rəsmisindən Azərbaycan açıqlaması...
Rubrika.Az Musavat.com-a istinadla bildirir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan növbəti dəfə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinə (AİB) “üzvlüyü” məsələsinə münasibət bildirib.
24 oktybardakı brifinqdə o, deyib ki, Azərbaycanın KTMT və AİB-ə üzvlüyü məsələsi gündəmə gələcəksə, Ermənistan müvafiq vasitələrdən istifadə edəcək. Naqdalyan bu halda İrəvanın veto hüququndan istifadə edəcəyini deyib.
Qeyd edək ki, Azərbaycan bu qurumlara üzv olmaq niyyətini heç vaxt bəyan etmədiyi halda, Rusiyanın forpostu olan Ermənistan “öz varlığını” nümayiş etdirməyə çalışır. Hansı ki, Rusiya tərəfi də Azərbaycanın bu qurumlara üzvlüyünün gündəlikdə olmadığını bildirib.
Rubrika.Az
Facebook-da paylaş
















