Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 14 694 terrorçu məhv edilib
![]()
Türkiyənin son üç ildə həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb.
Rubrika.Az “Report”a istinadən xəbər verir ki, ölkənin milli müdafiə naziri Hulusi Akar 2015-ci il iyulun 24-dən 2018-ci oktyabrın 23-dək 14 694 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Nazir deyib ki, Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terrorçuların gizləndiyi bütün dağ-təpələrdə, mağaralarda anitterror əməliyyatları keçirib: "Girilməyən mağara, əlimiz çatmayan dağ, təpə qalmadı. Hamsına baxıldı və bu proses davam edir. Bu istiqamətdə mübarizəmizi davam etdirib, başa çatdıracağıq və ölkəmizi, millətimizi terror bəlasından xilas edəcəyik”.
Rubrika.Az
Facebook-da paylaş









