Gəncədə piyadanı vurub öldürən sürücü saxlanılıb - YENİLƏNİB
![]()
Gəncə şəhərində idarə etdiyi avtomobil ilə piyadanı vurub öldürən sürücü saxlanılıb.
Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, hadisə gecə saatlarında baş verib.
1993-cü il təvəllüdlü Tural Talıbovu vuran "Mercedes-Vito" markalı avtomobilin sürücüsü Amin Əliyev tutulub.
Qeyd edək ki, piyada ağır xəsarətlərlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:06
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü yerli sakin Talıbov Tural Zakir oğlunu avtomobil vurub.
Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Ağstafada yaşlı kişini avtomobil vurub.
Rubrika.Az
Facebook-da paylaş













