Cəlilabadda avtomobil küçə ilə gedən piyadanı vurub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, şəhərin Azərbaycan prospekti ilə gedən 1993-cü il təvəllüdlü rayon sakini Mahmudov Nazim Bayram oğlunu “Mercedes” markalı avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş








