Ermənistanda hökumət binasını partlatmaq istədilər
![]()
Şənbə günü Ermənistan hökuməti binasına qumbara ilə daxil olmağa cəhd göstərən kişi oranı partlatmaq niyyətində olub, lakin mühafizə xidməti tərəfindən zərərsizləşdirilib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan bildirib.
Terror törətmək istəyən kişinin 1975-ci il təvəllüdlü olduğu qeyd olunur.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Rubrika.Az
Facebook-da paylaş















