Rusiyalı əsgəri öldürən Cancuqazyana 22 il həbs cəzası verildi
![]()
Ermənistanda Rusiya ordusunun əsgərini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyana 22 il müddətinə həbs cəzası verilib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, müvafiq qərar Şirak vilayət məhkəməsi tərəfindən verilib.
İstintaq sənədlərində göstərilir ki, ötən ilin aprelində Gümrüdə rus əsgəri Dmitri Yalpayevi qətlə yetirən Cancuqazyan İŞİD terror qruplaşmasının tərəfdarı olub. Qeyd olunur ki, o, cinayəti öz təşəbbüsü ilə törətsə də, internet vasitəsi ilə terrorçuların razılığını alıb. ![]()
Rubrika.Az
Facebook-da paylaş














