Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb
![]()
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Bu barədə "Report" Ukrayna KİV-inə istinadən məlumat verir.
Azərbaycan hüquq-mühafizə orqanları saxlanılan şəxsi külli miqdarda vergidən yayınmaqla əlaqədar axtarışa verib.
Müəyyən edilib ki, saxlanılan şəxs 2017-ci ildə Ukrayna ərazisinə daxil olub və Lvov şəhərində hüquq-mühafizə orqanlarından gizlənib.
Rubrika.Az
Facebook-da paylaş





