Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri intihar edib - YENİLƏNİB

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri intihar edib.
Rubrika.Az “Report”a istinadən xəbər verir ki, 18 yaşlı Aristakes Azatyan “AK-74” markalı tabel silahından atəş açaraq özünü öldürüb.
*** 13:45
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi ölüb.
İşğalçı ordunun 2000-ci il təvəllüdlü əsgəri Aristakes Eduardoviç Azatyana naməlum şəraitdə odlu silahdan atəş açılıb.
Nəticədə o, aldığı güllə yarasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













