Cəlilabadda 400 ot bağlaması yandı
![]()
Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın baş verib.
Rubrika.Az-ın məlumatina görə, həmin kəndin sakini İbrahim Əli oğlu Cəfərova məxsus talvarda yanğın qeydə alınıb.
Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində talvar və onun altına yığılmış 400 ədəd ot bağlaması yanıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










