Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

“Vaxtilə Azərbaycanın vəsaitlərini talayan adamlar var. Bu barədə mətbuat yazır. Yazılır ki, Cahangir Hacıyev milyardlarla manat vəsaiti dağıdıb, Londonda həyat yoldaşına zadəgan həyat qurub”. Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, bu sözləri “Real TV”yə müsahibəsində millət vəkili Fəzail Ağamalı bildirib.
Fəzail Ağamalı bildirib ki, Azərbaycan müharibə şəraitində olan ölkədir: “Biz şəhid verən xalqıq. Əgər Cahangir Hacıyev bunları alın təri ilə qazansaydı, heç kim heç nə deyə bilməzdi. Hacıyevlər ailəsinin taladlğı vəsait Azərbaycana qaytarılmalı, şəhid ailələrinə, pensiyaçılara verilməlidir”.
Rubrika.Az
Facebook-da paylaş












