Nurməhəmmədov Dağıstanda gecə klublarının bağlanmasını təklif edib
![]()
Rusiyalı samboçu, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Mahaçqaladakı gecə klublarından birində qvardiya zabitinin qətlindən sonra Dağıstanda belə müəssisələrin bağlanmasını təklf edib.
Rubrika.az “Report”a istinadla xəbər verir ki, bu barədə o öz "İnstagram" səhifəsində bu tip əyləndirici klubların bağlanmasına çağıran yerli bloqqerin videosunu paylaşaraq yazıb.
"Tam dəstəkləyirəm. Həmvətənlərimə sualım var: bu gecə klubları cəmiyyətimizə nə fayda verir?", - deyə o bildirib.
Bundan əvvəl Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb.
Rubrika.az
Facebook-da paylaş













