İranda yol qəzası: 46 nəfər yaralandı
![]()
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, Qəzvin-Kərəc magistralında "Nissan Junior" markalı avtomobil avtobusla toqquşub.
Qəza nəticəsində 46 nəfər xəsarət alıb.
İranın Əlborz vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Nasir Çərxsaz yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Rubrika.Az
Facebook-da paylaş







