Gürcüstanda prezident seçkilərinin “exit poll” nəticələri açıqlandı
![]()
Gürcüstanda prezident seçkilərinin ikinci turunun yekunlarına dair “exit poll” nəticələri açıqlanıb.
Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, ABŞ-ın nüfuzlu “Edison Research” şirkəti “Rustavi 2” telekanalının sifarişi ilə keçirdiyi “exit poll”un saat 17:00-a olan nəticələrinə əsasən, iqtidarın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 55 faiz, müxalifətin namizədi Qriqol Vaşadze isə 45 faiz səs yığıb.
“Gallup International” şirkətinin “İmedi” telekanalının sifarişi ilə keçirdiyi “exit poll”un nəticələri isə bir qədər fərqli olub: S. Zurabişvili 58 faiz, Q. Vaşadze 42 faiz.
Rubrika.Az
Facebook-da paylaş












