Vəliəhd PKK-nın maliyyələşməsini üzərinə götürdü - Şok
![]()
Səudiyyə və BƏƏ-nin Suriyada PKK terror qruplaşması ilə münasibətləri yeni mərhələyə qədəm qoyub.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, həftə ərzində bu ölkələrin nümayəndə heyətləri Suriyadakı PKK işğalında olan əraziləri ziyarət ediblər.
Nümayəndə heyətləri Hasekə, Ayn əl-Ərəb, Menbiç, Təl-Abyad və Rasul Aynı gəzərək, Türkiyə sərhədində inşa ediləcək müşahidə nöqtələri barədə terrorçulardan məlumatlar alıblar. Körfəz heyəti ABŞ-ın yaradacağı məntəqələrin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bununla da BƏƏ və Səudiyyə sərhəddə “mühafizə dəstəsi” adı altında fəaliyyət göstərəcək terrorçuların maaş, qida və hərbi təchizat xərclərini təmin etməyə razılıq verib.
Rubrika.Az
Facebook-da paylaş











