Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ” markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşub.
FHN-dən verilən məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Rubrika.az
Facebook-da paylaş









