ABŞ "Skripal işi"nə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ administrasiyası "Skripal işi" ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi deyib.
"Biz sanksiyalarla bağlı qərarları qabaqlamaq istəmirik, lakin qanunvericiliyin tələblərini icra etmək niyyətindəyik", — deyə idarədən bildirilib.
Bundan əvvəl Rusiya "Skripal işi" ilə bağlı Britaniyaya nota verib.
Rubrika.az
Facebook-da paylaş













