Ukrayna Rusiyaya qarşı sanksiyalara hazırlaşır
![]()
Rusiyaya qarşı yeni sanksiyalar layihəsi hazırlamışam.
Rubrika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Baş Prokuroru Yuri Luçenko deyib. O bildirib ki, bununla bağlı prezident Pyotr Poroşenkoya və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinova məktub ünvanlayıb:
“Kerç boğazında yaşanan böhrana görə Kiyev hökmən Rusiyanın hüquqi və fiziki şəxslərinə sanksiyalar, iqtisadi və digər yönümlü məhdudiyyətlər tətbiq etməlidir”.
Rubrika.az
Facebook-da paylaş








