Rusiya səfirliyinin maşınını vurub qaçdılar - BAKIDA

Rusiya Federasiyasının Bakıda yerləşən səfirliyinə məxsus “Şkoda” markalı avtomobili naməlum maşın tərəfindən vurulub.
RUBRİKA.AZ-ın Aznews.az-a istinadən məlumatına görə, hadisə Azadlıq prospekti 88-də qeydə alınıb. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə dövlət yol polis xidməti və 21-ci polis bölməsinin əməkdaşları gəlib.
Hazırda səfirlik maşınını vuran avtomobilin müəyyən edilərək tapılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.
Rubrika.az
Facebook-da paylaş













