Dağıstanda İŞİD-çi öldürüldü

Rusiya Federasiyasının Dağıstan Respublikasında İŞİD terror təşkilatının üzvü zərərsizləşdirilib.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, həmin şəxs Endirey kəndi yaxınlığında keçirilən xüsusi əməliyyat zamanı məhv edilib.
Bildirilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarda, o cümlədən bu il Qızılyurd rayonunda polis əməkdaşlarının qətlində iştirak edib.
Rubrika.Az
Facebook-da paylaş












