Ağstafa sakinini avtomobil vurub

Ağstafada piyadanı avtomobil vurub.Rubrika.az APA-nın qərb bürosunun verdiyi məlumata istinaden hadisə rayonun Həsənsu kəndində baş verib. Kənd sakini 1976-cı il təvəllüdlü Həbib Hümbətov yolu keçən zaman avtomobillə vurulub. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Yarlı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Rubrika.az
Facebook-da paylaş















