Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü

Lənkəranda 45 yaşlı kişi itkin düşüb.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Lüvəsər kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Valeh Saleh oğlu dekabrın 11-də səhər saatlarında balıq tutmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.
Rubrika.Az
Facebook-da paylaş












