Venesuela böhranı - ABŞ-la Rusiya üz-üzə gəldi

Amerika “demokratiyanı bərpa edir”, Rusiya isə Venesuelanı “gələcək vassal ölkə” adlandırır
“Wall Street Journal ” yazır ki, ABŞ vitse-prezidenti Mayk Pens Milli Assambleya (parlament) sədri Xuan Guaido ilə telefon danışığı apardıqdan sonra sonuncu özünü Venesuelanın müvəqqəti prezidenti elan edib.
Musavat.com yada salır ki, bundan dərhal sonra o, ABŞ prezidenti Donald Tramp tərəfindən müvəqqəti prezident kimi tanındı. Jurnal bildirir ki, Xuan Guaido-nun iqtidara gətirilməsi planı üzərində ABŞ bir neçə həftə işləyib.![]()
Amerka qitəsində və Avropada ABŞ-a bağlı olan ölkələr bir-birinin dalınca Xuan Guaidonu Venesuela prezidenti kimi tanıdı. Hazırda Venuselanın iki prezidenti var. Nikolas Maduroya hələ ki, iqtidardan getmək fikrində deyil. Amerika isə onun getməsini təmin etmək üçün növbəti addımı atıb. Belə ki, ABŞ vitse-prezidenti Mayk Pens Latın Amerikasında və Yaxın Şərqdə xoşagəlməz imici olan Elliott Abrams-a “Venesuelada demokratiyanın bərpası və ölkənin çiçəklənməsi üçün” tapşırıq verib. O, yeni təyinatına uyğun olaraq Nikolas Maduronun iqtidardan getməsi üçün diplomatik səyləri tənzimləyəcək.![]()
Dövlət Departamentində jurnalistlər qarşısına çıxan Elliott Abrams deyib ki, mən 30 il əvvəl tərk etdiyim binaya yenidən döndüyümə görə çox məmnunam: “Venesuelada baş verən böhran çox dərin və mürəkkəbdir, eyni zamanda təhlükəlidir. Mən dərhal bu işə başlamağa hazıram”.![]()
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Amerika bu təyinatla “gələcək vassal Venesuelanı” indidən nəzarətə götürmək istəyir: “ABŞ İraqda demokratiyanı “bərpa” etdi. Liviyada da, həmçinin. Suriyadakı cəhdləri isə uğursuz oldu. Onlara imkan vermədilər. İndi də Venesuelada eyni işi görürlər”.
https://www.rt.com/usa/449756-abrams-pompeo-venezuela-iran-contra/
Rubrika.Az
Facebook-da paylaş









