Əfqanıstanda terror aktı törədilib, ölən və yaralananlar var

Əfqanıstanın Bəlx əyalətində təşkil olunmuş yas mərasimində terror aktı törədilib, 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, yerli polis terrorun hədəfinin yasda iştirak edən silahlı dəstənin komandirinin aradan götürülməsi olduğunu bildirib.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Rubrika.Az
Facebook-da paylaş













