Bakıda maşın aşdı, 5 nəfər xəsarət aldı - sürücünün qayınanası öldü

Ramanada yol qəzası baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.
Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











