Tramp Ərdoğanla anlaşdı
![]()
ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, söhbət zamanı tərəflər Suriyada daha sıx əməkdaşlıq haqqında razılığa gəliblər.
Konkret olaraq Donald Trampla Rəcəb Tayyib Ərdoğan Suriyadakı son hadisələri, o cümlədən təhlükəsizlik məsələləri və bölgədə terrorçuluqla mübarizəni müzakirə ediblər.
Ərdoğan ABŞ-ın dəstəyinə malik kürd terror təşkilatlarının fəaliyyətindən narahatlığını ifadə edib.
Rubrika.Az
Facebook-da paylaş










