Elmar Məmmədyarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri arasında görüş keçirilib.
Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, görüş zamanı E.Məmmədyarov iştirakçılara təşəkkürünü bildirib və belə görüşün ənənəvi hala çevrildiyini vurğulayıb.
Görüş zamanı XİN başçısı Azərbaycanın xarici siyasətinin 2018-ci il üçün əsas prioritetlərinə dair icmalı təqdim edib.
Rubrika.Az
Facebook-da paylaş













