Avropa çempionunu öldürən azərbaycanlıya 18 il cəza kəsildi

Rusiyanın Xabarovsk diyar məhkəməsi pauerliftinq üzrə Avropa çempionu Andrey Draçevu öldürən azərbaycanlı Anar Allahverənova hökm oxuyub.
Rubrika.Az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə hökmü ilə ona 18 il həbs cəzası verilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, Allahverənov və Draçev arasında dava 2017-ci il avqustun 20-də Xabarovsk şəhərinin mərkəzində baş vermişdi.
Rubrika.Az
Facebook-da paylaş










