Ərdoğandan İsrail baş nazirinə ağır ittiham
![]()
İsrail baş naziri Binyamin Netanyahu fələstinlilərə qarşı dövlət terroru həyata keçirir.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“İsrail tərəfi insanlığa qarşı cinayətlərinə görə məsuliyyət daşımayanədək digərlərini ittiham etməməlidir”, - deyə o vurğulayıb.
Ərdoğan qeyd edib ki, İsrail baş naziri dövlət terroru ilə məşğul olaraq şər toxumlarını səpir.
Rubrika.Az
Facebook-da paylaş







