Bakı metrosunda ölüm hadisəsi

Bakı metrosunda ölüm hadisəsi baş verib.
Rubrika.Az Trend-e istinaden məlumatına görə, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə hadisəni təsdiqləyib:
"Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".
Rubrika.Az
Facebook-da paylaş














