İkinci Aşıqlar sakinləri təhlükədən qurtuldu – FOTO
![]()
Beyləqan rayonunda dörd ədəd 60 mm-lik minaatan mərmisi tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Agentliyə Beyləqan rayonu, İkinci Aşıqlar kəndi ərazisində bir ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən dörd ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş










