Saatlıda avtomobil aşıb su kanalına düşdü - SÜRÜCÜ ÖLDÜ
![]()
Rubrika.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Nabatkənd kəndi ərazisində qeydə alınıb.
Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş











