Everton" öz meydanında "Lester"a məğlub oldu

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Everton" komandası "Lester Siti"ni öz meydanında qəbul edib.
Rubrika.az-ın Trend-ə istinadla məlumatına görə, "Qudison Park" stadionunda keçirilən oyun qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 58-ci dəqiqədə Ceymi Vardi vurub.
Rubrika.az
Facebook-da paylaş










