Koronavirusla mübarizəyə görə itə şəxsiyyət vəsiqəsi verildi
Filippində koronavirusla mübarizə zamanı qeyri-adi hal yaşanıb.
Rubrika.Az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Manilada hər gün polis əməkdaşları ilə birlikdə "xidmət edən" Çi Çi adlı itə şəxsiyyət vəsiqəsi verilib. O hər gün yorulmadan koronavirusla mübarizəyə dəstək olur.
Qeyd edək ki, onun şəxsiyyət vəsiqəsində "ön cəbhədə xidmətçi" olduğu bildirilib.
Rubrika.Az
Facebook-da paylaş














