Balakəndə bir uşaq anasının meyiti tapıldı
![]()
Balakəndə evdən qadın meyiti tapılıb.
Rubrika.Az Oxu.az-a istinaden məlumatına görə, hadisə rayonun Tülü kəndində baş verib. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda aşkarlanıb.
İlkin ehtimallara görə, 36 yaşlı qadın dəm qazından boğulub.
Onun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Qadının bir övladı var.
Faktla bağlı araşdırma davam etdirilir
Rubrika.Az
Facebook-da paylaş












