Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı
![]()
Yanvarın 4-də Ukraynada çoxmərtəbəli binanın yaxınlığında yerləşən zibil qutusunda içərisində qız meyiti olan çamadan tapılıb.
Rubrika.Az Znaj.ua-ya istinadən xəbər verir ki, dəhşətli tapıntı Dnepr şəhərinin Qəhrəmanlar prospektində yerləşən yaşayış binasının yaxınlığında aşkar edilib.
“İlkin baxış zamanı ölən qadının 20-30 yaşları arasında olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyənləşdirilir. Qızın bədənində zorakılıq əlamətləri yoxdur”, - deyə polis bildirib.
Hadisənin təfərrüatı məhkəmə-tibbi ekspertizasından sonra aydın olacaq.
Rubrika.Az
Facebook-da paylaş










